Yevlaxda zəlzələ olub

   Yevlaxda zəlzələ olub
  17 Aprel 2022    Oxunub:718
Yerli vaxtla saat 05:05-də Mingəçevir stansiyasından 6 km cənub-qərbdə Yevlax ərazisində zəlzələ qeydə alınıb.
Bu barədə AzVision.az - a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.

Qeyd olunub ki, maqnitudası 3,3, dərinliyi isə 26 km olan zəlzələ episentrdə və yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

AzVision.az


Teqlər:



Xəbər lenti