"Prezidentin keçirdiyi hesabat xarakterli müşavirə tarixi hadisə kimi qəbul edilməlidir"
- Bu dövr ərzində sosial iqtisadi layihələr, əhalinin maddi rifahının yüksəldilməsi istiqamətində verilən qərarların dövlətin əsas prioritet sahəsi olduğunun, həmçinin cənab Prezident üçün insan faktorunun ön sırada yer aldığının göstəricisidir. İşğaldan azad olunmuş ərazilərdə infrastruktur layihələrinin icrası, vətəndaşlarımızın öz dədə-baba yurduna qayıtmasını təmin etmək yönündə vacib tapşırıqların verildiyini, eyni zamanda regionda sülhün bərqərar olması üçün beynəlxalq aləmin göstərdiyi münasibətin mühüm rol oynadığını da qeyd etmək lazımdır.
Qoşulmama Hərəkatının, İslam Əməkdaşlığı Təşkilatının, ATƏT-in və nəhayət Avropa İttifaqının münasibətini həmçinin BMT-nin Şuşada keçirdiyi tədbiri yüksək qiymətləndirdi. Bundan başqa, Azərbaycanın yaratdığı yeni reallıqların beynəlxalq aləmdə qəbul olunduğunun bariz nümunəsi kimi qeyd etdi. Sosial-iqtisadi, beynəlxalq təşkilatlarla aparılan iş, ordunun təkmilləşdirilməsi, Zəngəzur dəhlizi kimi mühüm mövzuları əhatə edən hesabat xarakterli müşavirə tarixi hadisə kimi qəbul edilməlidir,- deputat deyib.
AzVision.az
Teqlər: Deputat







Vaxtında, Aydın, Lazımlı!


