Deputatdan təklif: "Dənizi hasarlayanların mülkləri sökülsün"

      Deputatdan təklif:   "Dənizi hasarlayanların mülkləri sökülsün"
  15 Aprel 2022    Oxunub:912
"Yaz-yay mövsümü gəlib və istilər başlayıb. Vətəndaşlar dəniz sahilində gəzmək və çimərliklərdən istifadə etmək istəyirlər: “Amma hər kəsin bildiyi kimi, Xəzər dənizinin sahili işğal altında qalmaqda davam edir".
AzVision.az xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı Razı Nurullayev bildirib.
Onun sözlərinə görə, son illər IDEA-nın rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə Bakı şəhərində ictimai çimərliklərin yaradılmasına başlanılıb:

"Dəniz Allah tərəfindən xalqımıza lütf edilən bir ilahi sərvətdir, Konstitusiyamız Xəzərdən maneəsiz istifadə hüququ verir. Hərə dənizin sahilində beş-on hektarı çəpərləyib, bu qanunsuzluğu hər bir vətəndaş görür, yaşayır və narazı qalır. Sonra da onlara hüququn, qanunun aliliyindən danışırıq, hər kəsin qanun qarşısında bərabərhüquqlu olduğunu deyirik. Xalq da görür ki, bu fikir doğru deyil. Təklif edirəm ki, dəniz kənarından 130 metr məsafədə tikintiyə qadağanın qanunla təsbit edilsin və dənizi hasarlayanların hasarı və mülkləri sökülsün".

AzVision.az



Teqlər: Deputat  



Xəbər lenti