Qarabağda yeni su anbarları tikiləcək

   Qarabağda yeni su anbarları tikiləcək
  14 Aprel 2022    Oxunub:988
İşğaldan azad edilmiş ərazilərdə mövcud su anbarlarının təmir-bərpası ilə yanaşı, yeni su anbarlarının tikintisi məqsədilə araşdırmalar aparılıb.
AzVision.az xəbər verir ki, bunu “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin nümayəndəsi Məmməd Əsədov deyib. O bildirib ki, bununla bağlı layihə hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib:

“Bərgüşad çayı, Həkəri çayı üzərində yeni su anbarlarının tikintisi planlaşdırılır. Bu su anbarları əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi, eyni zamanda Ağdam rayonun, eləcə də Araz boyunda yerləşən rayonların əhalisinin içməli su ilə təmin edilməsində əhəmiyyətli rol oynayacaq”.

Aytən Zəhra
AzVision.az



Teqlər:



Xəbər lenti