Prezident Qurban Qurbanovu təltif etdi
AzVision.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. O, Azərbaycan futbolunun inkişafında xidmətlərinə görə təltif olunub. Qeyd edək ki, Qurban Osman oğlu Qurbanov 1972-ci ilin bu günündə Zaqatala rayonunun Aşağı Tala kəndində anadan olub.
1992 - 2005-ci illər ərzində Azərbaycan milli komandasının heyətində 68 oyun keçirib və 14 qol vurub. Yığmanın bombardiridir. 2017-2018 illər arasında Azərbaycan millisinin baş məşqçisi olub.
2008-ci ildən "Qarabağ" klubunun baş məşqçisidir.
Onun rəhbərliyi dövründə "Qarabağ" 7 dəfə Azərbaycan çempionu, 4 dəfə ölkə kubokunun qalibi olub. Ağdam komandası daha böyük uğurlarına isə avrokuboklarda imza atıb. "Köhlən atlar" 2014/2015 mövsümündən etibarən 6 dəfə Avropa Liqasının, həmçinin, Çempionlar Liqası və Konfrans Liqasının qrup mərhələsinə yüksəlib. 2021/2022 mövsümündə isə klub tarixində ilk dəfə qrup mərhələsini dəf edərək, Konfrans Liqasının pley-offuna vəsiqə qazanıb.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


