Fərid Qayıbov Rafel Fiziyevi qəbul edib

Fərid Qayıbov Rafel Fiziyevi qəbul edib
  13 Aprel 2022    Oxunub:922
Gənclər və idman naziri Fərid Qayıbov UFC döyüşçüsü Rafel Fiziyevi qəbul edib.
Nazirliyin Mətbuat Xidmətindən AzVision.az -a verilən məlumata görə, görüş zamanı Azərbaycan əsilli idmançını uğurlu karyerası münasibətilə təbrik edən nazir, ona bundan sonrakı döyüşlərində də uğurlar arzulayıb.

Son illərdə Azərbaycan idmançılarının MMA döyüşlərində uğurla çıxış etdikləri qeyd olunub. Bu baxımdan idmançılar arasında birgə təlim-məşqlərin, master klasların keçirilməsi idman növünün inkişafı baxımndan önəmlidir.

AzVision.az


Teqlər:



Xəbər lenti