7 il bundan əvvəl itən qızı əmisi oğlu öldürübmüş

 7 il bundan əvvəl itən qızı əmisi oğlu öldürübmüş
  13 Aprel 2022    Oxunub:866
Daxili İşlər Nazirliyi (DİN) Masallıda əmisi qızını öldürən şəxslə bağlı məlumat yayıb.
DİN-in (DİN) Mətbuat Xidmətindən AzVision.az -a daxil olan məlumatda deyilir:

"2015-ci ilin iyulun 6-da Masallı rayonunun Təklə kənd sakini Səidə Cəfərovanın itkin düşməsi barədə daxil olan məlumatla əlaqədar 2019-cu il iyunun 11-də Cinayət Məcəlləsinin 144-1-ci (İnsan alveri) maddəsi ilə cinayət işi başlanılılıb.

Araşdırmalarla Təklə kənd sakini Əfrail Məmmədovun 2015-ci il iyulun 5-də kənd ərazisində əmisi qızı S.Cəfərovanı bıçaqla xəsarət yetirərək öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 144-1-ci maddəsi ilə başlanılan cinayət işi Cinayət Məcəlləsinin 120-ci (Qəsdən adam öldürmə) maddəsinə tövsif edilib".

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti