Bakı metrosunda texniki nasazlıq olub

   Bakı metrosunda texniki nasazlıq olub
  13 Aprel 2022    Oxunub:885
“Həzi Aslanov-Dərnəgül” istiqamətində hərəkət edən qatarda texniki nasazlıq ehtimalı olub".
Bu barədə AzVision.az -a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov məlumat verib.

O bildirib ki, bu səbəbdən “Neftçilər” stansiyasında, normativ tələblərə görə, maşinistin tələbinə uyğun olaraq, sərnişinlər düşürülüblər və qatar texniki baxış üçün stansiya dalanına verilib:

“Nəticədə xətdə iki dəqiqə yubanma yaranıb. Xəttə əvəzinə qatar verilib”.

Aytən Zəhra
AzVision.az



Teqlər:



Xəbər lenti