AHİK-in şöbə müdiri vəfat edib

AHİK-in şöbə müdiri vəfat edib
  13 Aprel 2022    Oxunub:761
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Sağlamlığın mühafizəsi və sosial təminat şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Əli Əsgərov vəfat edib.
AzVision.az xəbər verir ki, o, uzun sürən ağır xəstəlikdən sonra 67 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Əli Abbas oğlu Əsgərov 1955-ci il avqust ayının 15-də anadan olub. O, ixtisasca həkim olub və müxtəlif xəstəxanalarda çalışıb.

2013-2018-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2 №-li sosial ekspert komissiyasının ekspert-həkim cərrahı vəzifəsində işləyib.

Ə.Əsgərov 2019-cu ilin mart ayından Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Sağlamlığın mühafizəsi və sosial təminat şöbəsinin müdiri vəzifəsində çalışırdı.

AzVision.az



Teqlər:



Xəbər lenti