
Tədbir Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Assosiasiyalar arasında ölkədə yüksək keyfiyyətli ekoloji mühitin yaradılması istiqamətində həyata keçirilən tədbirlərə dəstək göstərilməsi sahəsində əməkdaşlığa dair 22 fevral 2022-ci il tarixində imzalanmış Anlaşma Memorandumu çərçivəsində həyata keçirildi.
Bundan başqa, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Banklar Assosiasiyasının birgə təşkilatçılığı ilə AccessBank-ın Xırdalan filialında müştərilərə tinglər hədiyyə edildi. Ağac əkilməsinin təşviqi məqsədilə keçirilən tədbirdə ekokönüllülər vətəndaşlara tinglərinin əkilməsi və onlara qulluq göstərilməsi qaydalarını izah etdi.



AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


