Bakıda satılan “Kinder”lərdə təhlükə var?

 Bakıda satılan  “Kinder”lərdə təhlükə var?
  12 Aprel 2022    Oxunub:1820
“Ferrero” şirkəti tərəfindən Belçikada qeyd edilən dövrdə istehsal edilən kinderlərdə “Salmonella” bakteriyasının olması ilə bağlı şübhələr var. AzVision.az xəbə verir ki, bunu Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli deyib.
Onun sözlərinə görə, Azərbaycana gətirilən bəzi partiyalar ekspertiza edildi və onlarda “Salmonella” bakteriyası aşkar edilmədi: "Nə Səhiyyə Nazirliyində, nə də bizdə belə məlumat var. Hazırda marketlərdə olan məhsullar o kateqoriyaya aid məhsullar deyil".

AzVision.az



Teqlər: Bakteriya  



Xəbər lenti