Telekommunikasiya və informasiya təhlükəsizliyinin artan strateji əhəmiyyətini nəzərə alaraq, bu sahədə yerli kadrların hazırlanması üçün “Nar” bu təlimləri davamlı olaraq həyata keçirir. Təlimin məzmunu mobil operatorun peşəkar texniki heyəti tərəfində təcrübi biliklər əsasında tərtib edilir və universitetlərin nəzəri biliklərinə əlavə kimi tədris olunur. Təlimdə iştirak edən tələbələr “Nar” tərəfindən sertifikatla təltif edir.

Qeyd edək ki, bu günədək 300-dən çox tələbənin qatıldığı “Mobil rabitənin əsasları” təlimləri “Nar”ın təhsilə dəstək korporativ məsuliyyət strategiyası çərçivəsində təşkil edilir. Mobil operatorun digər sosial layihələri və KSM strategiyası haqqında daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Şirkət son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur.


AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


