5 minədək şəxsə proaktiv qaydada e-fərdi şəxsi hesab açılıb
İlk dəfə işə başlayan şəxslə bağlanan əmək müqaviləsinə dair bildiriş e-sistemdə qeydə alındığı andan işçiyə avtomatik olaraq SSN də açılır.
Eyni zamanda bununla işçinin fərdi uçot sistemində elektron fərdi şəxsi hesabı yaranır və sosial sığorta sistemində iştirakı təmin edilir və fərdi şəxsi hesabında gələcək sosial təminatı üçün pensiya kapitalı toplamasına imkan yaradılır.
Qeyd edilib ki, xidmət fəaliyyətə başlayandan bu vaxta qədər ümumilikdə isə 399,3 min sosial sığorta nömrəsi verilməklə elektron fərdi şəxsi hesabın açılması təmin edilib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


