Şəmkirdə qatar 2 nəfəri vurub

Şəmkirdə qatar 2 nəfəri vurub
  12 Aprel 2022    Oxunub:1125
Şəmkir rayonunun Zəyəm stansiyası ərazisində yük qatarı 2 nəfəri vurub.
AzVision.az xəbər verir ki, hərəkətdə olan yük qatarı dəmiryolu xətti üzərindən qarşı tərəfə keçmək istəyən Nurcan Məmmədovanı və Aysel Həsənovanı vurub.

Yaralılar ağır xəsarətlər alıb və xəstəxanaya aparılıblar.

Faktla bağlı araşdırmalara başlanılıb.

AzVision.az


Teqlər:



Xəbər lenti