Azərbaycan aeroportlarında sərnişin axını iki dəfə artıb
İlin əvvəlindən Bakı hava limanının baza aviadaşıyıcıları - AZAL və “Buta Airways” 279 min və 86 min sərnişinə xidmət göstərib ki, bu da müvafiq olaraq xidmət göstərilən sərnişinlərin ümumi payının 40%-ni və 12%-ni təşkil edir.
2022-ci ilin mart ayında 25 xarici aviaşirkət Bakı hava limanına müntəzəm uçuşlar həyata keçirib.
Mart ayında Bakıdan ən populyar 10 istiqamətlər sırasına İstanbul, Dubay, Moskva, Tbilisi, Ankara, İzmir, Аbu-Dabi, Frankfurt, Küveyt və Doha daxildir.
Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu (IATA: GYD) sərnişin və yük daşımalarının həcmi, uçuş-enmə əməliyyatları, aerovağzal kompleksinin sahəsi və yük kompleksinin tutumu baxımından Azərbaycanın və regionun ən böyük hava limanıdır. 2021-ci ildə Heydər Əliyev Beynəlxalq Aeroportu "Skytrax" beynəlxalq hava nəqliyyatı reytinq agentliyi tərəfindən COVID-19 pandemiyası dövründə epidemioloji təhlükəsizlik üzrə ən yüksək "5 ulduzlu" reytinqə layiq görülüb.
AzVision.az
Teqlər: Mərkəzi-Bank







Vaxtında, Aydın, Lazımlı!


