Avropa Qızlar Riyaziyyat Olimpiadasında ilk qızıl medal qazanıldı

Avropa Qızlar Riyaziyyat Olimpiadasında ilk qızıl medal qazanıldı
  11 Aprel 2022    Oxunub:1137
Macarıstanın Eqer şəhərində 11-ci Avropa Qızlar Riyaziyyat Olimpiadası (#EGMO) keçirilib.
Təhsil Nazirliyindən AzVision.az -a verilən məlumata görə, 57 ölkədən 222 məktəblinin iştirak etdiyi olimpiadada ölkəmiz 4 məktəbli ilə təmsil olunub.

Məktəblilərimiz olimpiadada uğurla çıxış edərək 1 qızıl, 2 bürünc və 1 “Həvəsləndirici mükafat” qazanıblar.

Belə ki, Təhsil Nazirliyinin tabeliyində olan Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdi Fidan Qarayeva qızıl medala, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin X sinif şagirdləri Fidan Cəfərli və Səfurə Ramizqızı bürünc medala, həmin liseyin IX sinif şagirdi Sevinc Mahmudova isə “Həvəsləndirici mükafat”a layiq görülüb.

AzVision.az














Teqlər:



Xəbər lenti