Bulvarda batan şəxs xilas edildi - VİDEO

   Bulvarda batan şəxs xilas edildi -    VİDEO
  10 Aprel 2022    Oxunub:1174
Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində bir nəfərin dənizdə batma təhlükəsi ilə üzləşib.
AzVision.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı-bulvarı” dalğıc-axtarış qrupunun qüvvələri cəlb edilib.

Həyata keçirilən xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan vətəndaş dalğıc-axtarış qrupunun dalğıcları tərəfindən xilas edilib.



AzVision.az


Teqlər:



Xəbər lenti