Daha 28 nəfər yoluxub, ölən yoxdur

 Daha 28 nəfər yoluxub,  ölən yoxdur
  09 Aprel 2022    Oxunub:1482
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 28 yeni yoluxma faktı qeydə alınıb, 41 nəfər müalicə olunaraq sağalıb.
AzVision.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan a verilən məlumata görə, koronavirusdan ölüm halı qeydə alınmayıb.

İndiyədək ölkədə ümumilikdə 792 216 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 293 nəfər müalicə olunaraq sağalıb, 9 703 nəfər vəfat edib. 220 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 826, bu günə qədər isə ümumilikdə 6 739 008 test icra olunub.

AzVision.az



Teqlər: Korona   Statistika  



Xəbər lenti