Qapalı məkanlarda maskanın ləğvi gündəmdə - Nazirdən açıqlama

   Qapalı məkanlarda maskanın ləğvi gündəmdə -    Nazirdən açıqlama
  09 Aprel 2022    Oxunub:746
Azərbaycanda koronavirusa yoluxma sayları kəskin şəkildə azalıb.
AzVision.az xəbər verir ki, bunu Səhiyyə naziri Teymur Musayev deyib. Onun sözlərinə görə, gündəlik hospitalizasiya sayları da sadə rəqəmlərlə ifadə olunur:

“Bütün bunlar nəzərə alınaraq qapalı məkanlarda maska tələbinin ləğv edilib-edilməməsi məsələsinə baxılır və yəqin ki müəyyən qərarlar veriləcək. Nəzərə alsaq ki, iki ildən artıq müddətdə davam edən pandemik dövr insanlarımızı normal həyatdan kifayət qədər uzaqlaşdırıb. Odur ki, vətəndaşlarımızı səbirli olmağa və Nazirlər Kabineti yanında Operativ Qərargahın rəsmi qərarını gözləməyə çağırıram”.

AzVision.az


Teqlər: Maska  



Xəbər lenti