Kino Akademiyasından Uill Smitə 10 illik qadağa

   Kino Akademiyasından    Uill Smitə 10 illik qadağa
  09 Aprel 2022    Oxunub:750
ABŞ Kino Akademiyası Uill Smitə 10 il ərzində onların tədbirlərində iştirakını qadağan edib.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, İdarə Heyətinin qərarına əsasən 8 aprel 2022-ci il tarixindən başlayaraq 10 il müddətinə Uill Smitin Akademiyanın bütün tədbirlərində və proqramlarında həm şəxsən, həm də virtual formatda iştirakı qadağan edilib. Bura eyni zamanda “Oskar” mükafatlarının təqdimetmə mərasimi də daxildir.

Xatırladaq ki, sonuncu “Oskar” mükafatlarının təqdimetmə mərasimi zamanı qalmaqal yaşanıb. Belə ki, səhnədə olan aktyor Kris Rok həmkarı Uill Smitin həyat yoldaşı Cada Pinkett-Smitin saçı ilə bağlı zarafat edib. Buna reaksiya verən Uill Smit səhnəyə çıxaraq Rokun üzünə şillə vurub.

AzVision.az


Teqlər: Kino   Aktyor  



Xəbər lenti