MTV ən yaxşı filmləri seçdi – FOTOSESSİYA

MTV ən yaxşı filmləri seçdi – FOTOSESSİYA
  15 Aprel 2014    Oxunub:1348
Los-Ancelesdə “MTV Movie Awards” kino müsabiqəsinin qalibləri elan olunub. Mükafatı qızıldan popkorn dolu qab olan bu müsabiqə auditoruyanın zövqünü daha çox oxşayan filmlərə verilir. Qalibləri MTV-nin tamaşaçıları on-line səsvermə ilə seçirlər.
Ən yaxşı film kimi “Ac oyunlar: Və alov yanacaq” (The Hunger Games: Catching Fire) seçilib. Filmdə baş rolları oynayan Cennifer Lourens və Coş Hatçerson isə ən yaxşı aktyor və aktrisa seçiliblər.

Ən yaxşı komediant nominasiyasında Cona Hill “Uoll-Strit canavarı” filmindəki rolu ilə qalib gəlib.

Mila Kunis “Oz: Böyük və dəhşətli” filmindəki rolu ilə ən yaxşı mənfi obraz nominasiyasının qalibi olub.

Ən yaxşı epizodik rol mükafatı isə “Dünyanın sonu 2013: Hollivudsayağı qiyamət” (This Is the End) filmində görünən müğınni Rihannaya çatıb.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti