"İravan Xalq Cümhuriyyətinin qurulması nicat yolumuzdur" - Hərbi ekspert

   "İravan Xalq Cümhuriyyətinin qurulması nicat yolumuzdur" -   Hərbi ekspert
  08 Aprel 2022    Oxunub:882
Ağdaban Soyqrımı -1992-ci il aprel ayının 8-də - Kəlbəcərin işğalından təqribən bir il əvvəl ermənilər tərəfindən Kəlbəcərin sonrakı dövrdə işğalına şərait yaratmaq məqsədilə rayonun Ağdaban kəndində törədilmiş soyqırım hadisəsidir.
Hərbi ekspert, “M5 Müdafiə və Strategiya jurnalı”nın regional təmsilçisi Alparaslan İmamqulu bildirib ki, erməni separatçıları tərəfindən törədilmiş qırğın nəticəsində Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi tamamilə yandırılıb. Kəndin 779 nəfər dinc sakininə müxtəlif növ işgəncələr verilib, 67 nəfər isə amansızlıqla qətlə yetirilib. Bundan əlavə, 2 nəfər itkin düşmüş, 12 nəfər isə ağır bədən xəsarətləri alıb.

"Tariximizi, düşmənimizi unutmayaq. O düşmən ki, müxtəlif dövrlərdə dost görünməyə çalışdı, sülh müqaviləsi bağlayıb ardından qətliamlar törətdi. Nə olursa olsun, əzəli tarixi torpaqlarımızda saxta dövlət olaraq var olduqları müddətcə məkrli siyasətləri bitməyəcək. Bir sözlə ziyankar həşaratların sonunu gətirmənin tək yolu bataqlığı qurutmaqdır. Bu səbəblə, bir zamanlar tarixi torpaqlarımızdan didərgin olan soydaşlarımızın öz ata yurdlarına qayıdaraq yeni bir dövlət qurmaları ən doğru həll yoludur. Bu, bir xeyli vaxt tələb etsədə İravan Xalq Cümhuriyyətinin qurulması nicat yolumuzdur. Bu həm də mövcud saxta dövlətdə yaşayan insanların da terrorist siyasi iradədən qurtuluşu olacaq. Bir kərə yüksələn bayraq bir daha enməz!"

AzVision.az



Teqlər:



Xəbər lenti