Sürüşmə nəticəsində Lahıcda bağlanan yol açılıb

  Sürüşmə nəticəsində Lahıcda bağlanan yol açılıb
  08 Aprel 2022    Oxunub:1837
İsmayıllı rayonu, Lahıc qəsəbəsi ərazisində baş verən sürüşmə nəticəsində yola tökülən torpaq və daşlar təmizlənib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli AzVision.az -a bildirib ki, dağdan yolun hərəkət hissəsinə qaya parçaları tökülmüşdü:
"Texnika və qüvvə cəlb olunub, qısa müddətdə daşlar yolun hərəkət hissəsindən kənarlaşdırılıb. Hazırda hərəkət bərpa edilib, hər hansı problem yoxdur.

A.Nəcəfli bildirib ki, ərazidə güclü külək müşahidə iolunur: "Külək xırda daşların yola doğru tökülməsinə səbəb ola bilər. Buna görə ərazi agentliyin xüsusi texnikalardan ibarət qrupu tərəfindən nəzarət altında saxlanılır ki, hər hansı problem müşahidə edilməsin.

Aytən Zəhra
AzVision.az



Teqlər:



Xəbər lenti