Şvartsеneggerin baş rolda oynadığı film Bakıda

Şvartsеneggerin baş rolda oynadığı film Bakıda
  15 Aprel 2014    Oxunub:1066
Aprelin 17-dən etibarən Nizami Kino Mərkəzində “Sabotaj” və “Cavemen” filmlərinin nümayişinə başlanılacaq.
Nizami Kino Mərkəzindən AzVision.az-a verilən məlumata görə, Skip Vudsun ssenarisi əsasında rejissor Devid Eyrin ekranlaşdırdığı “Sabotaj” filmində baş qəhrəmanın obrazını Amerika kinosunun əfsanəsi Arnold Şvartsеnegger canlandırıb.

Döyüş, kriminal dram, triller janrında çəkilmiş bu film narkotiklə mübarizə idarəsinin elit bölməsinin əməkdaşlarının narkokartelin əlaqə evində keçirdikləri əməliyyat nəticəsində əldə etdikləri milyonları rəhbərlikdən gizlətmələrindən bəhs edir. Amma bu iş o qədər də asan olmur. Bir müddətdən sonra tapşırıqda iştirak edən döyüşçülər kiminsə tərəfindən bir-bir öldürülür.
Komediya və melodram janrlarının sintezi olan “Cavemen” filminin rejissoru Koul Pyendir.

Ekran əsərinin qəhrəmanı Los ancelesli Din dostları ilə birlikdə kef məclisləri qurur, qızlarla əylənir, bir sözlə, yüngül həyat yaşayır.
Günlərin birində Din həyat tərzini dəyişib əsl məhəbbət tapmağı qərara alır. Lakin bu o qədər də asan olmur.

Filmdə Aleks Vidov, Çeri Betan, Bredli Dodds, İlana Quralnik və digər aktyorlar çəkiliblər.


Teqlər:  





Xəbər lenti