Bakıda dilənçi qızlar seks-biznesə cəlb olunurmuş
M.Əzizova deyir ki, insan alverçiləri tərəfindən cinsi istismara məruz qalan dilənçi qızlar həmin qadınlara şok faktlar açıqlayıb. Bildiriblər ki, onların 10 yaşından sonra bakirəlikləri pozularaq fahişəliyə hazırlanırmışlar: "İnsan alveri qurbanı olan qadınlarla söhbətdə o da məlum olub ki, yeniyetmə dilənçi qızlar on nəfərlik qrup seks biznesində istifadə edilərək dəhşətli cinsi istismara məruz qoyulurmuş".
M.Əzizova dilənçi qızlarla yanaşı insan alverçiləri tərəfindən yeniyetmə oğlanların da cinsi istismar edilməsi faktlarının olduğunu söyləyib: "Dilənçiliklə məşğul olan uşaqların ümumiyyətlə yaş həddinə görə, istismar növü dəyişir. 10 yaşınadək həmin qızlar dilənməyə məcbur edilirsə, 10 yaşdan sonra onlardan fahişəlik etmək üçün istifadə edilir. Ən pisi isə odur ki, bu qızlar öz hüquqlarını qorumaq üçün hüquq mühafizə orqanlarına müraciət etmədiklərindən onların cinsi istismarı davam edir".
Movqe.az
Teqlər: