Bakıda kişi meyiti aşkarlanıb

Bakıda kişi meyiti aşkarlanıb
  04 Aprel 2022    Oxunub:926
Bakıda evdə kişi meyiti aşkarlanıb.
AzVision.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1966-cı il təvəllüdlü Məmmədov Abbas Kamal oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

AzVision.az



Teqlər: Meyit  





Xəbər lenti