Yeni media ilə bağlı layihə keçirilir

  14 Aprel 2014    Oxunub : 363
Yeni media ilə bağlı layihə keçirilir
Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə “Yeni media və sosial şəbəkələrdə gənclərin ictimai məsuliyyətinin artırılması” mövzusunda layihə həyata keçirməyə başlayıb.
Bu barədə təşkilatdan məlumat verilib. Layihə çərçivəsində yeniyetmə və gənclərin bu sahədə bilik və bacarıqlarını artırmaq, onları düzgün yönləndirmək və vərdişlər qazandırmaq üçün “Sosial şəbəkələrdə və yeni mediada düzgün iiştirak” mövzusunda Bakıda səkkiz dəfə təlim keçiriləcək.

Bundan başqa “Jurnalist olmaq istəyən gənclərin və tələbələrin yeni media vasitələrindən hüquqi və ictimai məsuliyyət baxımından düzgün yararlanması” mövzusunda daha bir təlim keçiriləcək. Həmçinin layihə çərçivəsində “Yeni media və sosial şəbəkələrdə düzgün iştirak günün tələbidir” adlı broşür çap olunacaq, “yenimedia.info” adlı yeni sayt yaradılacaq.

Teqlər: