Süni qiymət artımına qarşı mübarizə gücləndiriləcək

   Süni qiymət artımına qarşı mübarizə gücləndiriləcək
  29 Mart 2022    Oxunub:787
Daxili bazarda qiymət manipulyasiyası üzərində nəzarət gücləndiriləcək.
AzVision.az -ın xəbərinə görə, bununla bağlı məsələ Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilən ərzaq təhlükəsizliyinin təmin edilməsinə və əhalinin əsas ərzaq məhsulları ilə təchizatının yaxşılaşdırılmasına həsr olunan müşavirədə geniş müzakirə olunub.

Müşavirədə İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin, Dövlət Gömrük Komitəsinin, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, Qida Təhlükəsizliyi və Dövlət Ehtiyatları Agentliyinin məruzələri dinlənilib və müvafiq tapşırıqlar verilib.

AzVision.az




Teqlər: Bazar   Qiymət  





Xəbər lenti