Goranboyda 33 yaşlı şəxs bıçaqlanıb
Həkimlər dərhal həmin şəxsi əməliyyat edib. Araşdırmalar zamanı müəyyən olunub ki, bıçaqlanan şəxs Goranboy rayon sakini 33 yaşlı Səid Qasımovdur. Reanimasiya şöbəsinə yerləşdirilən xəstənin vəziyyəti ağır kimi qiymətləndirilir. Onun kim tərəfindən və hansı şəraitdə bıçaqlandığı hələlik məlum deyil.
Hazırda Goranboy RPŞ bu istiqamətdə zəruri əməliyyat tədbirləri həyata keçirir.