Şəmkir sakini tanışını ayağından güllələdi

Şəmkir sakini tanışını ayağından güllələdi
  21 Mart 2022    Oxunub:907
Şəmkir Rayon Polis Şöbəsinə martın 19-da Əliyaqublu kəndi ərazisində bir nəfərin xuliqanlıq zəminində odlu silahdan atəş açaraq rayon sakini X.Süleymanovun ayaq nahiyəsinə xəsarət yetirməsi barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AzVision.az -a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən rayon sakini Y.Məhərrəmov saxlanılıb, ondan “İJ” markalı ov tüfəngi götürülüb.

AzVision.az



Teqlər: DİN  





Xəbər lenti