Su basmış ərazilərdən 25 nəfər xilas edildi - VİDEO
21 Mart 2022
Oxunub:1083
Masallı və Cəlilabadda su basmış ərazilərdən daha 25 nəfər xilas edilib.
Bu barədə AzVision.az -a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, davam edən yağıntıların, kəskin hava şəraitinin törətdiyi fəsadların aradan qaldırılması üçün FHN-in müvafiq qüvvələri tərəfindən təxliyə və suçəkmə işləri ötən gecə və səhər saatlarında davam etdirilib. Belə ki, Masallı rayonunun Boradigah kəndində, Cəlilabad şəhəri və rayonun Göytəpə şəhəri və Təzəkənd kəndində, Füzuli rayonunun Aşağı Yağlıvənd kəndində müvafiq olaraq təxliyə və suçəkmə tədbirləri həyata keçirilib.
Ümumilikdə FHN-in qüvvələri tərəfindən Masallı və Cəlilabad rayonlarının su basmış ərazilərindən daha 25 nəfər və qarlı-şaxtalı havada Cəbrayıl şəhərində 1 və Cəlilabad rayonunun Kövüzbulaq kəndində 5 köməksiz vəziyyətdə qalmış avtomobil içərisindəki vətəndaşlarla birlikdə təhlükəsiz əraziyə təxliyə olunaraq xilas ediliblər.