“İgidlərimizin Yadigarları” adlı layihə həyata keçiriləcək

   “İgidlərimizin Yadigarları”    adlı layihə həyata keçiriləcək
  07 Mart 2022    Oxunub:341
Martın 10 - da İsmayıllı rayonunda Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə dəstəyi, “Üfüq” Gənclərin İnkişafı Naminə İctimai Birliyi tərəfindən“İgidlərimizin Yadigarları” Şəhid və qazi övladları üçün festival adlı layihə həyata keçiriləcək.
AzVision.az xəbər verir ki, tədbirdə İsmayıllı rayonundan olan şəhid və qazi övladlarının iştirakı nəzərdə tutulur. Layihənin məqsədi post-müharibə dövründə də şəhid və qazi övladlarının diqqətdə saxlanılması, bununla müharibə qəhrəmanlarının və onların övladlarının diqqətdə saxlanılmasını bəyan etmək, uşaqların əyləncəli və səmərəli vaxt keçirilməsinə dəstək vermək və vətənpərvərliyin təbliğ olunmasından ibarətdir.

AzVision.az



Teqlər: Layihə   İsmayıllı  





Xəbər lenti