Narkotacir 5 kiloqram heroinlə tutuldu

Narkotacir 5 kiloqram heroinlə tutuldu
  17 Mart 2022    Oxunub:1170
Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AzVision.az -a verilən məlumata görə, əməliyyat zamanı əvvəllər məhkum edilmiş paytaxt sakini Tariyel Quliyev Əhmədli qəsəbəsi ərazisində tutularaq istintaqa təqdim edilib. Onun üzərinə və yaşadığı evə baxış keçirilən zaman 5 kiloqrama yaxın narkotik vasitə heroin aşkarlanıb.



Tariyel Quliyev paytaxt ərazisində narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib. Bu şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Xətai rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi, onların daxil olduğu narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.

AzVision.az


Teqlər: DİN  





Xəbər lenti