Bəy gəlini döyüb, dayısını bıçaqladı

Bəy gəlini döyüb, dayısını bıçaqladı
  12 Aprel 2014    Oxunub:990
Tovuz rayonunda toyda olan narazılıq bıçaqlanma ilə nəticələnib.
AzVision.az APA- ya istinadən xəbər verir ki, Tovuz rayonunda toyda olan narazılıq bıçaqlanma ilə nəticələnib. Tovuz rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə rayonun Aşağı Quşçu kəndində 22 yaşlı Ayşənlə, 20 yaşlı Fəridin toy mərasimində baş verib. Şirvan şəhər sakini olan bəy Fərid Eyvazov toy mərasimində gəlinin öz qohumları ilə şəkil çəkdirdiyinə etiraz edərək onu döyüb.

Buna etiraz edən gəlinin dayısı 51 yaşlı İdris Quliyevlə Fərid Eyvazov arasında mübahisə yaranıb və bəy gəlinin dayısını bıçaqlayıb. Ağır vəziyyətdə Tovuz rayon Mərkəzi Xəstəxanasına oradan isə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılan İdris Quliyevin vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.


Teqlər:





Xəbər lenti