Türkiyə və Azərbaycan deputatları Kiprdə bayram tədbiri keçirəcəklər

Türkiyə və Azərbaycan deputatları Kiprdə bayram tədbiri keçirəcəklər
  17 Mart 2022    Oxunub:2099
Türkiyə və Azərbaycan millət vəkillərinin iştirakı ilə Kiprdə böyük tədbir təşkil olunacaq. AzVision.azxəbər verir ki, tədbir Novruz bayramı ilə əlaqədər keçiriləcək.
Diasporla İş üzrə Dövlət Komitəsinin, Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin və Girnə Amerika Universitetinin ortaq təşkilatçılığı ilə Türkiyə, Azərbaycan və Şimali Kipr Türk Respublikası millət vəkillərinin fəxri qonağı olduğu Türk dünyasının ortaq dəyəri olan Novruz bayramı ilə bağlı Girnə Amerika Universitetinin Spektrium Konqres Mərkəzində keçiriləcək. Tədbir 21 mart 2022-ci il tarixində baş tutacaq.

Tədbirdə Türkiyə Böyük Millət Məclisindən Azərbaycan, Kıpr, Özbəkistan, Türkmənistan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, Orhan Erdem, Osman Mesten, İbrahim Aydemir, Türkiyə Prezidentinin baş müşaviri, TRT-nin İdarə Heyətinin üzvü Mustafa Akış iştirak edəcəklər. Eyni zanabda azərbaycanlı deputatlar Vüqar İskəndərov və Naqif Həmzəyev də bayram tədbirinə qatılacaqlar.

AzVision.az


Teqlər: Kipr  



Xəbər lenti