Üç ayda narkotikə görə 991 nəfər saxlanılıb

Üç ayda narkotikə görə 991 nəfər saxlanılıb
  16 Mart 2022    Oxunub:926
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 991 nəfər cəlb edilib.
Bu barədə AzVision.az -a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan məlumat verilib.

Qeyd olunub ki, cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 11 nəfəri xarici ölkə vətəndaşıdır. Onların 7-si İran İslam Respublikası, 1-i Rusiya Federasiyası, 3-ü Türkiyə vətəndaşı olub.

Xarici ölkə vətəndaşlarından ümumilikdə 210 kq 022,362 qr və 2115 ədəd həb müxtəlif növ narkotik vasitə və psixotrop maddələr götürülüb.

AzVision.az


Teqlər: Narkotik  





Xəbər lenti