Onlar Tokioda uğur qazanmış idmançıları dövlət mükafatlarına layiq görülmələri münasibətilə təbrik edib, qarşıdakı yarışlarda, xüsusən də Paris-2024 Yay Olimpiya və Paralimpiya oyunlarında uğurlar arzulayıblar.
Sonra Qayıbov Prezident İlham Əliyevin sərəncamları ilə təltif edilmiş idmançı və məşqçilərə müvafiq dövlət mükafatlarının medal və vəsiqələrini təqdim edib.
Təltif edilənlər siyahısında Tokio olimpiadasının gümüş medalçıları karateçi İrina Zaretska (68 kq) ilə sərbəst güləşçi Hacı Əliyev (65 kq) və olimpiadanın bürünc medalına sahib çıxan cüdoçu İrina Kindzerska (68 kq), həmçinin Tokio paralimpiadasında bürünc medal əldə etmiş cüdoçu İlham Zəkiyev (+100 kq) də var.
Qeyd edək, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 avqust və 6 sentyabr tarixli sərəncamları ilə Tokio Olimpiadasında qazandıqları uğurlara görə 7 nəfər “Vətənə xidmətə görə” ordeni, 2 nəfər “Əmək ordeni”, 7 nəfər “Tərəqqi” medalı, 5 nəfər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib. Bundan başqa, Paralimpiya oyunlarındakı yüksək nəticələrə görə 4 nəfər “Şöhrət” ordeni, 14 nəfər “Vətənə xidmətə görə” ordeni, 3 nəfər “Əmək ordeni”, 3 nəfər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”, 11 nəfər isə “Tərəqqi” medalı ilə təltif ediliblər.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


