Ötən gün 60 cinayətin üstü “isti izlər”lə açılıb

Ötən gün 60 cinayətin üstü “isti izlər”lə açılıb
  15 Mart 2022    Oxunub:721
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 60 cinayətin üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyindən AzVision.az -a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 4 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 77 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 58 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti