Ağcabədidə qaçırılan qız tapılıb

Ağcabədidə qaçırılan qız tapılıb
  14 Mart 2022    Oxunub:778
Martın 7-də Laçın rayon sakini Tutu İbrahimovanın qaçırılması ilə bağlı Laçın Rayon Polis Şöbəsinə müraciət daxil olub.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan AzVision.az -ın sorğusuna cavab olaraq bildirilib ki, müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən keçirilmiş intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində T.İbrahimovanın olduğu yer müəyyən edilərək tapılıb və rayon polis şöbəsinə gətirilib.

Fakt üzrə Laçın Rayon Polis Şöbəsində cinayət işi başlanılıb. Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin saxlanılması istiqamətində tədbirlər davam etdirirlir.

AzVision.az


Teqlər: DİN  





Xəbər lenti