“KamAZ” piyadanı vurub öldürdü

“KamAZ” piyadanı vurub öldürdü
  14 Mart 2022    Oxunub:1014
Sumqayıtda yük avtomobili piyadanı vuraraq öldürüb .
Bu barədə AzVision.az -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, martın 13-də saat 4 radələrində Sumqayıt şəhəri ərazisində Ə.Nəcəfov idarə etdiyi “KamAZ” markalı yük avtomobililə 30-35 yaşlı kişini vurub.

Nəticədə piyada hadisə yerində ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

AzVision.az


Teqlər: Piyada  





Xəbər lenti