"Sosial şəbəkələrdə ordumuzun texnikası ilə bağlı yayılan görüntülər köhnədir" - MN
Müdafiə Nazirliyindən AzVision.az - a bildirilib ki, video və fotolar Vətən müharibəsi zamanı və əvvəllər keçirilmiş müxtəlif təlimlərdə qeydə alınan köhnə görüntülərdir.
Bu mövzuda aparılan müzakirələr ictimaiyyətdə yanlış rəyin formalaşmasına, eyni zamanda hərbi və dövlət sirlərinin yayılmasına səbəb olur.
Sosial şəbəkə istifadəçilərini bu cür təxribatlara uymamağa, həmçinin rəsmi təsdiqini tapmayan məlumatları yaymamağa çağırırıq", - nazirlikdən bildirilib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


