Nazirlər Kabineti yanında Operativ Qərargahdan
AzVision.az -a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 10 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 790 575 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 779 011 nəfər müalicə olunaraq sağalıb, 9 599 nəfər vəfat edib, aktiv xəstə sayı 1 965 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 528, ötən müddət ərzində isə ümumilikdə 6 628 447 test aparılıb.
AzVision.az