Rusiya-Ukrayna gərginliyi: Ərzaq 20 faiz bahalaşa bilər

   Rusiya-Ukrayna gərginliyi:    Ərzaq 20 faiz bahalaşa bilər
  12 Mart 2022    Oxunub:1191
Rusiya-Ukrayna gərginliyi fonunda yaranacaq tədarük çatışmazlığı səbəbindən qlobal ərzaq və yem qiymətləri 8-20 faiz bahalaşa bilər. Bu da dünyada az qidalanan insanların sayını artmasına səbəb olacaq. AzVision.az xəbər verir ki, bu barədə mərkəzi qərargahı Romada yerləşən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) məlumat yayıb.
Qeyd olunub ki, Ukraynada qışlıq taxıl, qarğıdalı və günəbaxan sahələrinin 20-30 faizi bu il əkilib-biçilməyəcək. Rusiyanın ixracı da beynəlxalq sanksiyalara görə azala bilər.

"Rusiya, həmçinin enerji resurslarının üstünlüyü ilə gübrə ixracında da dünyada birinci yerdədir. Rusiya və Ukrayna dünyanın ən mühüm kənd təsərrüfatı istehsalçılarıdırlar. Bu ölkələr arpa tədarükünün 19 faizini, buğdanın 14 faizini və qarğıdalının 4 faizini təmin etməklə qlobal taxıl ixracının üçdəbirini həyata keçirirlər".

AzVision.az



Teqlər: Ərzaq  





Xəbər lenti