Bakıdan İstanbula gedən təyyarə Ankarada enib

Bakıdan İstanbula gedən təyyarə Ankarada enib
  11 Mart 2022    Oxunub:980
Bu gün "Buta Airways"in J2-9103 nömrəli Bakı-İstanbul (Sabiha Gökçen Hava Limanı) reysini həyata keçirən hava gəmisinin kapitanı Ankaranın Esenboğa Beynəlxalq Hava Limanında (ESB) enib.
Bu barədə AzVision.az -a "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) aşağıbüdcəli törəməsi “Buta Airways” dən bildirilib.

Məlumata görə, Sabiha Gökçen aeroportu əlverişsiz hava şəraiti ilə əlaqədar təyyarələrin gəliş-gedişinə müvəqqəti məhdudiyyətlər tətbiq edib. Təyyarə yerli vaxt ilə saat 11:52-də uğurlu eniş edib. Sabiha Gökçen Hava Limanı icazə verəcəyi təqdirdə təyyarə İstanbula yola düşəcək.

AzVision.az



Teqlər: AZAL  



Xəbər lenti