I Qarabağ müharibəsi əlillərinə ödənişlər tezliklə veriləcək

 I Qarabağ müharibəsi əlillərinə  ödənişlər tezliklə veriləcək
  11 Mart 2022    Oxunub:1328
"1991-1997-ci illərdə xidmətdə olarkən xəsarət alaraq əlil olan şəxslər barədə müvafiq məlumatlar 2 ay ərzində onların xidmət keçdiyi qurumlardan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fonduna təqdim etməli idi. Artıq əksər qurumlar siyahını təqdim edib".
AzVision.az xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun İdarə heyətinin sədr müavini Zəka Mirzəyev "Sosial saat" verilişində deyib. O bildirib ki, siyahı əsasında emal olunma prosesi başa çatdırılmalıdır: "Bunun böyük hissəsi başa çatandan sonra fond tərəfindən həmin şəxslərə birdəfəliködənişlər proaktiv qaydada həyata keçiriləcək".

Z.Mirzəyev bildirib ki, ödənişlərin ən geci bu ilin birinci yarım ilinə qədər verilməsi gözlənilir: "Amma aidiyyatı qurumlar siyahıları vaxtında verəcəkləri halda ödənişlər tez başlanıla bilər. Bujun üçün vətəndaşların müraciətinə ehtiyac yoxdur. Onların əlilliklə ilə bağlı məlumatları nazirliyin alt sistemlərində var. Bu əlilliklərin həmin illərdə olmasına dair məlumatı isə aidiyyatı qurumlardan alırıq".

Qeyd edək ki, Prezident I Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəniş edilməsi barədə fərman imzalayıb. Sərəncamda 1991-1997-ci illərdə ölkənin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar hərbi xidmətdə olarkən xəsarət alması nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərə və onların ailə üzvlərinə birdəfəlik ödəmənin verilməsi nəzərdə tutulub.

Aytən Zəhra
AzVision.az




Teqlər:



Xəbər lenti