COVID-19 gözlərdə konyuktivit yarada bilər
"Bu zaman gözlərdə qızarıqlıq, ağrı, göynəmə, yanma və yaş axma kimi əlamətlər meydana çıxır. Həmçinin şəkərli diabet, hipertenziya və başqa xroniki xəstəlikləri olan insanlarda koronavirus qanın laxtalanma sistemini pozduğundan retinada qanama və başqa əlamətlər meydana çıxa bilər. Əgər xəstələrdə görmənin ani zəifləməsi baş verərsə, dərhal oftalmoloqa müraciət etməlidirlər".
T.Qəlbinur həmçinin gözləri koronavirusdan necə qorunmalı olduğuna da aydınlıq gətirib: "Göz ən həssas orqanlardan biridir, çünki maska taxarkən belə virusa məruz qalır. Ona görə də COVID-19-un gözlərə yoluxmasının birbaşa qarşısının almaq üçün heç bir vasitə yoxdur. Burada ən mühüm qorunma yolu - maska taxaraq, virusun keçməsinin qarşısını almaq və peyvənd olunaraq xəstəliyin daha yüngül keçməsini təmin etməkdir.
Xüsusilə qapalı məkanlarda virusa məruz qalma və əlləri gözə apararaq birbaşa çirklənmə riski gözlərin qorunmasını çətinləşdirir. Virusun yüksək risk altında olduğu yerlərdə eynəkdən istifadə qoruyucu ola bilər. Dezinfeksiyaedici vasitələrdən istifadə edərək əllərimizi təmiz saxlamaq son dərəcə vacibdir. Virusun gözdə olduğu yüngül hallarda qoruyucu antibiotik damcılarından istifadə etməyi də tövsiyə edilir".
AzVision.az
Teqlər: Göz







Vaxtında, Aydın, Lazımlı!


