Azərbaycanda heyvanlar üçün `təcili yardım` açılır

Azərbaycanda heyvanlar üçün `təcili yardım` açılır
  12 Aprel 2014    Oxunub:3593
“Azərbaycanda ilk dəfə olaraq ilkin baytarlıq yardımı üçün dövlət büdcəsinin ehtiyyat fondundan vəsait ayrılıb”.
Bunu kənd təsərrüfatı naziri Heydər Əsədov bu gün baytarlıq üçün alınmış yeni avadanlıqların təqdimat mərasimi zamanı çıxış edərkən deyib.

Nazir bildirib ki, dövlət büdcəsinin ehtiyyat fondundan ayrılmış 2 milyon 300 min manat vəsait hesabına 18 ədəd DUK maşını, 100 ədəd yedəkli motosiklet, 2000 ədəd mühərrikli çiləyici, müalicəvi dərmanlar, heyvanları çimizdirmə maddələri, xəstəliyin təyini üçün diaqnostikumlar dezinfeksiya maddələri alınıb. Heydər Əsədov həmçinin bu gün həmin maşın və avadanlıqların bölgü əsasında baytarlıq xidmçətinin müvafiq qurumlarına, eləcə də Naxçıvan MR-ə verilməsinin nəzərdə tutulduğunu söyləyib.

Dövlət Baytarlıq Xidmətinin rəisi Siyalə Rüstəmova isə bildirib ki, ötən il respublika ərazisində yeni bir virus xəstəliyi aşkarlanmışdı. Bu xəstəliyin qarşısını almaq üçün ilk dəfə olaraq ilkin baytarlıq yardımı üçün bütün regionlardakı baytarlara dərman preparatları ayrılıb:

“Bu gün yeni alınan dərman maddələri, dizinfeksiya edici maşınların və digər avadanlıqların təqdimatı keçirildi. Nazir Heydər Əsədovun bizə iradı oldu. Nazir bizə dedi ki, alınan avadanlıqlar Avropa istehsalı olmalıdır. Heydər Əsədov bizə alınan avadanlığın qiymətinin yox, onun keyfiyyətinin nəzərə alınmalı olduğunu dedi”. / Ans-Press


Teqlər:  





Xəbər lenti