"Zəngəzur dəhlizi Azərbaycanı mərkəzə çevirəcək"

  "Zəngəzur dəhlizi Azərbaycanı mərkəzə çevirəcək"
  10 Mart 2022    Oxunub:1375
"Zəngəzur dəhlizi Azərbaycanın qovşaq konsepsiyasına uyğun olaraq ticarət mərkəzinə çevrilməsinə imkan yaradacaq".
AzVision.az xəbər verir ki, bunu Bakı Limanın Baş direktoru Taleh Ziyadov Bakı Limanı və Avropa İttifaqının birgə təşkilatçılığı ilə baş tutan “Bakı Limanının imkanlarının genişləndirilməsinə dəstək: Faza 2” layihəsinin bağlanış mərasimində çıxışı zamanı deyib. O qeyd edib ki, Zəngəzur dəhlizi Yaxın Şərq və Aralıq dənizi arasında ən qısa dəhlizdir:

"Bu Şərq-Qərb dəhlizinə yol açacaq və yüklərin Aralıq dənizinə çatdırılmasında mühüm əhəmiyyət kəsb edəcək".

T.Ziyadov qeyd edib ki, Azərbaycanın ticarət mərkəzinə çevrilməsi coğrafi mövqedə də vacibdir: "Bakı Limanı burada öz rolunu oynayacaq və düşünürəm ki, inkişafın təməlini təşkil edəcək".

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti