Azərbaycanda sabahdan "TURKOVAC"ın sınaqları başlayır

   Azərbaycanda sabahdan  "TURKOVAC"ın sınaqları  başlayır
  08 Mart 2022    Oxunub:966
Azərbaycanda Türkiyənin istehsalı olan koronavirusa qarşı "TURKOVAC" peyvəndinin 3-cü faza sınaqları başlayır.

AzVision.az xəbər verir ki, bunun üçün Türkiyə Sağlamlıq Qurumları İdarəsinin (TÜSEB) nümayəndə heyəti Bakıya gəlir.
Sınaqların başlanması üçün martın 9-da Azərbaycanla Türkiyə arasında protokol imzalanacaq və vaksinin klinik sınaqlarına başlanılacaq.

Qeyd edək ki, yeni növ koronavirusa (COVİD-19) qarşı peyvənd olan "TURKOVAC" Erciyes Universiteti (ERU) və Türkiyənin Səhiyyə Nazirliyi yanında Türkiyə Sağlamlıq Qurumları İdarəsi (TÜSEB) ilə birlikdə hazırlanıb.

AzVision.az


Teqlər:



Xəbər lenti