Ukraynadakı səfirliyimizin diplomatları Lvova köçürülüb

   Ukraynadakı səfirliyimizin diplomatları Lvova köçürülüb
  08 Mart 2022    Oxunub:1306
Ukraynadakı vəziyyətlə əlaqədar, paytaxt Kiyev şəhərində artan təhlükəsizlik şəraitində bu şəhərdə fəaliyyət göstərən Azərbaycan diplomatları Ukraynanın Lvov şəhərinə köçüblər.
Bu barədə AzVision.az a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Qeyd olunub ki, müvəqqəti olaraq Lvov şəhərində fəaliyyət göstərəcək diplomatlarımız, Ukraynadakı azərbaycanlıların müraciətləri, o cümlədən, təxliyə məsələsi ilə bağlı fəaliyyəti davam etdirəcək.

Bildirilib ki, səfirliklə aşağıdakı "Qaynar xətt" nömrələri ilə əlaqə saxlamaq olar:

+380 73 5050000
+380 99 408 99 43

AzVision.az


Teqlər: Azərbaycan   Ukrayna  



Xəbər lenti